18 Oktyabr 2017, Çərşənbə - 22:26

K.Maqnussen: “Sinqapurda dincəlmək mümkünsüzdür”

K.Maqnussen: “Sinqapurda dincəlmək mümkünsüzdür”

Müəllif: Rauf Hacıyev, redaktor

14:52 - 13 Sentyabr, 2017

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, dönələrdən bol olan Sinqapur yarışı onlar üçün çətin keçəcək.

F-1.az xatırladır ki, danimarkalı sürücü Sinqapurda çıxdığı bütün yarışlardan xalla ayrılıb.

Kevin Maqnussen: “Sinqapur mükəmməl şəhərdir və gözəl tralsarı var. Təbii ki, burada ötmə etmək çox çətindir. Buna görə də sıralanma turu çox vacibdir. Çox uzun düzlük yoxdur və 20-dən çox döngə var. Buna görə də dincəlməyə vaxtımız olmur.İşıqların altında sürməyi sevirəm. Xüsusən də televizordan gözəl görünür. Buraya gələn fanlara gözəl şou göstərmək üçün hər şey hazırdır. Xal almaq üçün Sinqapurda şansımız var. Əlimizdən gələni edəcəyik. Mühəndislər kubokunda 5-cilik hələ də mümkündür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 496
Teqlər , , ,
Paylaş

logo