15 Noyabr 2018, Cümə axşamı - 08:45

K.Horner: “Danielin son dövrəsi mükəmməl idi”

K.Horner: “Danielin son dövrəsi mükəmməl idi”

Müəllif: Rauf Hacıyev, redaktor

17:07 - 28 Oktyabr, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Daniel Rikkardonun poul qazanacağını gözləmirlərmiş.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komanda yoldaşı Maks Ferstappen Meksikada bütün sərbəst yürüşlərdə sürətli olsa da, Rikkardo sıralanma turundakı son cəhdində mükəmməl dövrə vuraraq karyerasında 3-cü poulunu qazanıb. Beləliklə, Red Bull komandası turbo erada ilk dəfə birinci cərgəni tam zəbt edib.

Kristian Horner: “Əla idi. 2013-cü ilin Ostin yarışından sonra ilk dəfə birinci cərgəni tutduq. Hər iki sürücü əla performans göstərdi. Amma Danielin son dövrəsi mükəmməl idi. Doğrudan da, gözləmirdik. Son cəhdində bunu etməsi heyrətamiz idi. Daniel üçün böyük gün idi. Ondakı istəyi radiodan eşitmək mükəmməl idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 196
Teqlər ,
Paylaş

logo