21 Sentyabr 2017, Cümə axşamı - 05:31

Hilton Baku otelində McLaren komandasının muzey otağı yaradılıb (fotolar)

Hilton Baku otelində McLaren komandasının muzey otağı yaradılıb (fotolar)

Müəllif: Elçin Zodorov, redaktor

16:12 - 17 İyun, 2017

Media nümayəndələri bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Hilton otelində təşkil etdiyi seminardan əvvəl otaqla tanış olublar.

F-1.az xəbər verir ki, Azərbaycan Qran Prisi ərəfəsində Hilton Baku oteli məşhur Formula1 pilotları Fernando Alonso və Stoffel Vandornun şəxsi əşyaları ilə bəzədilmiş McLaren Honda otağını qonaqların xidmətinə təqdim edib.

2005-ci ildən etibarən McLaren-in fəxri tərəfdaşı olan Hilton hər il yarışların keçirildiyi 17 ölkədə yerləşən mehmanxanalarından birində azarkeşlər üçün xüsusi yarış otağı hazırlayır. Bakı Şəhər Halqasının uğurlu fəaliyyəti və Formula1 həvəskarlarının Azərbaycan Qran Prisinə artan marağını nəzərə alaraq, bu il sözügedən layihə üçün məhz Bakı şəhəri seçilib.

Yarışların ən öncül simalarının daim seçdiyi məkan olan Hilton bu uğurlu tərəfdaşlığı qeyd etmək və Azərbaycan Qran Prisini daha geniş kütləyə tanıtmaq məqsədilə turistlərə xüsusi McLaren Honda dizaynlı otağında gecələmək imkanı yaradıb. Bu otağın hər bir guşəsi sürücülərin istifadə etdikləri orijinal əşyalarla bəzədilib. Məşhur Formula1 pilotu Fernando Alonsonun yarış kombinezonu və dəbilqəsi, komandanın 2015-ci ildə yarışdığı maşınının (MP4-30) sükanı, Pirelli təkərləri, pilotların adları həkk olunmuş hamam xalatları, McLaren-in yarış tarixini əks etdirən kitab və digər maraqlı əşyalar otaqda qalmaq istəyən qonaqların istifadəsindədir.

İstənilən azarkeşin xəyallarını bəzəyəcək bu otaq, həmçinin, yarışın pit binası və Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərəsi ilə də diqqəti cəlb edir. Otağı icarəyə götürmək istəyən yarış həvəskarları yüksək adrenalin dolu yarış həyəcanını, pit-stop əməliyyatlarını, start düzülüşünü və yarışın finişini birbaşa görə biləcəklər.

McLaren Honda otağında gecələmək imkanı Hilton brendinin Hilton Honors sadiqlik proqramına üzv olan turistlər üçün təklif olunub və dünyanın hər bir yerindən olan milyonlarla turistə Azərbaycan Qran Prisini tanıtmaq üçün daha bir imkan yaradır. Layihə ölkəmizin turizm potensialını nümayiş etdirib mövcud imkanları təbliğ edərək, azarkeşləri paytaxtımıza səfər edib yarışı burada izləməyə həvəsləndirmək məqsədi daşıyır.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 653
Teqlər , , , , , , ,
Paylaş

logo