19 Oktyabr 2017, Cümə axşamı - 12:54

Halo bu həftə son dəfə test ediləcək

Halo bu həftə son dəfə test ediləcək

Müəllif: Rauf Hacıyev, redaktor

16:34 - 29 İyun, 2016

FİA-nın məsul şəxsləri bildiriblər ki, Halo sistemi bu həftə sonuncu dəfə test ediləcək…

F-1.az xatırladır ki, Halo sistemi sürücüləri yüksək sürətlə uçub gələn təkərlərdən və başqa cisimlərdən qorumaq üçün dizayn edilib. Bundan başqa FİA Red Bull-un AeroScreen sistemini qəbul etməmişdi.

FİA-nın araşdırma şöbəsinin başçısı Loren Mekies verdiyi sonuncu açıqlamada bildirib ki, bu sistem hələ çox testdən keçməlidir: “Hələki testlər davam edir. Üstəlik komandalar sistemi şassilərə bağlamaq üçün fərqli dizayn konseptləri ilə yanımıza gəlirlər. Hazırkı vəziyyət üçün dəqiq nəsə deyə bilmərəm, amma bütün işlərimiz iyulun 15-də bitəcək. Çünki komandalar növbəti mövsüm üçün şassilərini dizayn etməlidirlər və bunun üçün vaxta ehtiyacları var və qərar vermək üçün komandaları çətin vəziyyətdə qoya bilərik. Sistem hazırda təkmilləşir və buna görə də trasda son gördüyümüz versiyasından xeyli fərqlənir. Amma iki sistem arasında elə də böyük fərq yoxdur. Sistemdəki əsas xətlər qorunub, amma geometrik forma artıq daha fərqlidir. Bunu siz də görəcəksiniz. Bunu etməyimizin səbəbi testlərdən aldığımız məlumatlardır”.

Bundan başqa Loren bildirib ki, Red Bull AeroScreen sisteminin inkişafını saxladığına görə məyus olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 165
Teqlər , , ,
Paylaş

logo