16 Dekabr 2017, Şənbə - 03:36

Haas gələn ildən motorları Alfa Romeo brendi altında ala bilər

Haas gələn ildən motorları Alfa Romeo brendi altında ala bilər

Müəllif: Elçin Zodorov, redaktor

10:16 - 12 İyul, 2017

Haas komandası 2018-ci ildə Alfa Romeo-nun adını daşıyan güc qurğularıyla çıxış edə bilər – belə bir məlumatı La Gazetta dello Sport verib.

F-1.az xatırladır ki, Sercio Markionne dəfələrlə Alfa Romeo-nun Formula1-ə qayıda biləcəyinə eyham vurmuşdu. Alfa Romeo çətin ki, yaxın zamanlarda zavod komandası kimi idmana qayıtsın, lakin Markionne Haas komandasına verilən mühərriklərin rebrendinq imkanlarını nəzərdən keçirir.

Buna uğurlu nümunə kimi, Renault-nun Red Bull-a motorlarını əvvəllər İnfiniti, indi isə TAG Heuer brendi altında verməsini göstərmək olar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 902
Teqlər , , ,
Paylaş

logo