24 Oktyabr 2017, Çərşənbə axşamı - 06:06

Gələn ildən yanacaq limiti artırılacaq

Gələn ildən yanacaq limiti artırılacaq

Müəllif: Rauf Hacıyev, redaktor

15:39 - 30 Aprel, 2016

Gələn ildən etibarən Formula1 bolidləri yarışlarda daha çox yanacaqla start alacaq. Bu qərarı FİA təsdiqləyib.

F-1.az xatırladır ki, gələn ildən etibarən daha geniş və daha sürətli Formula1 bolidləri olacaq və buna görə də komandalar bildirmişdilər ki, onlar yanacaq sərfiyyatında problemlərlə üzləşə bilərlər.

Xüsuilə də Renault komandası bu mövzuda ən çox şikayət edən komanda idi. Fransızlar bildirmişdilər ki, əgər yanacaq limiti artırılmasa, yanacağa qənaət etmək məcburiyyətində qalacaqlar və bolidlər yavaşlayacaq.

Bu il tətbiq edilən 100 kq yanacaq limiti gələn ildən etibarən 105 kq-a çıxarılacaq. Bu artıq bütün komandalar tərəfindən qəbul edilib. Eyni zamanda F1 Komissiyası və FİA-nın Ümumdünya Avtoİdman Şurası da bu dəyişikliyi qəbul edib.

Qaydalara əsasən, komandalar yarışa 105 kq yanacaq yükü ilə başlayacaqlar. Bu limiti keçən sürücülər isə yarışdan diskvalifikasiya olunacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 348
Teqlər , ,
Paylaş

logo