20 Oktyabr 2017, Cümə - 01:49

Gələn il maşınların minimal çəkisi 733 kq olacaq

Gələn il maşınların minimal çəkisi 733 kq olacaq

Müəllif: Elçin Zodorov, redaktor

16:10 - 26 İyul, 2017

Lyuis Həmilton müasir Formula1 maşınlarının çəkisinin ağır olduğunu dəfələrlə bildirib, lakin bu göstərici hər il artır. Gələn ildən etibarən maşınlara Halo sistemi quraşdırılacaq və beləliklə, minimal çəki 728 kq-dan 733 kq-a qədər artacaq.

F-1.az xəbər verir ki, Halo sistemi titandan hazırlanıb və 5 kq-dan xeyli ağırdır. Əgər minimal çəki cəmi 5 kq artırılarsa, sürücülər yenə də arıqlamağa məcbur olacaqlar. Təklif var ki, sürücünün çəkisi icazə verilən minimal çəkiyə daxil edilməsin və ya bütün sürücülərin bərabər – məsələn, 80 kq ağırlıqda olduqları hesab edilsin. Lakin bu barədə hələ müzakirələr gedir.

Gələn il maşınlara Halo sisteminin dördüncü versiyası quraşdırılacaq. Sürücülər ikinci versiyanı keçən il sınaqdan keçirmişdilər. Üçüncü versiya isə bu il üçün hazırlanıb, lakin hələ heç bir maşına quraşdırılmayıb. Halo-nun halqası bir qədər uzun olacaq, lakin ümumi konfiqurasiya əvvəlki kimi qalacaq.

Çempionat iştirakçılarını Halo sistemi ilə kimin təchiz edəcəyi barədə qərar hələ qəbul edilməyib. Sistemi komandalar özləri istehsal etməyəcəklər, onlar yalnız Halo-ya əlavə xarici aerodinamik elementlər quraşdıra bilərlər. Sistemi FİA-nın lisenziyasına əsasən kənar istehsalçı hazırlayacaq. Bu iş böyük gəlirlər vəd edir, çünki 2019-cu ildən aşağı seriyalarda da Halo-dan istifadə məcburi ola bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 327
Teqlər , ,
Paylaş

logo