15 Oktyabr 2018, Bazar ertəsi - 15:10

G.Ştayner: “Qrojan birinci sürücümüz deyil”

G.Ştayner: “Qrojan birinci sürücümüz deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

20:09 - 25 İyun, 2016

Haas komandasının rəhbəri Günter Ştayner Roman Qrojanın komandanın birinci sürücüsü olduğu ilə bağlı xəbərlərə açıqlıq gətirib…

F-1.az xatırladır ki, Haas komandası bu il Formula1-də debüt edib. Amerikalılar mövsümə təcrübəli sürücülərlə başlayaraq, bəzi problemləri həll etməyi hədəfləmişdilər. Buna görə də Lotus-dan Qrojan, Ferrari-dən isə Qutyerres transfer edilmişdi.

Hamı düşünür ki, komandanın birinci sürücüsü Roman Qrojandır, amma Ştayner bu xəbərləri təkzib edib: “Esteban son bir ildə Formula1-də çıxış etmədi və bu. onun performansına təsir göstərir. Amma unutmamalıyıq ki, o, bu il çoxlu problemlərlə üzləşdi. Hər iki sürücümüzə də eyni münasibəti göstəririk. Onlar eyni bolidə, eyni avadanlıqlara və eyni fürsətə sahibdirlər. Roman daha təcrübəli olduğu üçün hamı onu birinci sürücü kimi görür. Ancaq komandada heç kimə güzəşt edilmir. Əlbəttə, hər iki sürücü ilə də xal almaq istəyirik, amma biri xal alanda bunun kim olduğunun önəmi yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 200
Teqlər , , ,
Paylaş

logo