13 Dekabr 2018, Cümə axşamı - 01:09

Fransa-2018: Bukmeyker cədvəlləri

Fransa-2018: Bukmeyker cədvəlləri

Müəllif: Elçin Zodorov, redaktor

10:16 - 18 İyun, 2018

William Hill idarəsinin bukmeykerləri Fransadakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, iki həftə əvvəl adətən Mercedes-in üstün olduğu Monrealdakı yarışda da Fettelin qalib gəlməsinə baxmayaraq, bukmeykerlər Pol Rikarda Həmiltonu qələbəyə daha yaxın hesab edirlər. Fettelin şansları ona nisbətən bir qədər az qiymətləndirilib. Yerdə qalan digər sürücülərin qələbə qazanacağına isə çox da inanmırlar.

Fransa Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton2.62
Sebastyan Fettel2.75
Valtteri Bottas8.00
Daniel Rikkardo, Maks Ferstappen9.00
Kimi Rəykkönen13.00

 

Lyuis həm də sürücülər çempionatında yenə əsas favorit kimi göstərilib. Fettelin keçən həftə onu ümumi nəticədə bir xalla üstələməsi də bukmeykerlərin fikrini dəyişməyib. Lakin bu iki sürücüyə verilən əmsallarda xeyli dəyişikliklər var…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton1.73
Sebastyan Fettel2.25
Daniel Rikkardo26.00
Valtteri Bottas41.00
Maks Ferstappen101.00
Kimi Rəykkönen151.00

 

William Hill idarəsinin əməkdaşları Mercedes-in Mühəndislər Kubokunda növbəti qalibiyyətinə inanmaqda davam edirlər və onların şanslarını Ferrari ilə müqayisədə iki dəfədən çox qiymətləndirirlər…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG1.33
Ferrari3.50
Red Bull21.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 234
Teqlər , ,
Paylaş

logo