17 Avqust 2018, Cümə - 15:02

Formula1-in auditoriyası böyüyür

Formula1-in auditoriyası böyüyür

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:05 - 06 Yanvar, 2018

Liberty Media-nın dərc etdiyi illik hesabatda televiziya və rəqəmsal auditoriyanın, eləcə də sosial şəbəkələrdə izləyicilərin əhəmiyyətli artımı diqqət çəkib.

F-1.az çempionatın sahibinin hesabatına istinadən bildirir ki, dünyanın 20 əsas ölkəsində (Avstraliya, Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İspaniya, İtaliya, Kanada, Çin, Polşa, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransa, İsveçrə) televiziya auditoriyasının artımı 2016-cı illə müqayisədə 6.2% təşkil etməklə 1.4 milyard tamaşaçıya çatıb.

İtaliyada tamaşaçı artımı 19.1%, Braziliyada 13.4%, Böyük Britaniyada 3.9%, Almaniyada 0.9%, Çində 42.2%, İsveçrədə 14.3%, Danimarkada isə 14.1% təşkil edib.

Arxada qoyduğumuz mövsümdə yarışları canlı efirdə 603 milyon tamaşaçı izləyib – bu isə əvvəlki mövsümlə müqayisədə 1% artım deməkdir. Liberty Media tamaşaçılar arasında sərbəst yürüşlərə və sıralanma turuna da marağın artmasını qeyd edib.

Arxada qoyduğumuz mövsümdə 352.3 milyon tamaşaçı heç olmasa bir canlı yayımı izləyib – bu göstərici 2010-cu ildən sonra ilk dəfə artıb. Orta hesabla tamaşaçı artımı 2.4% olub, hərçənd bəzi bazarlar daha böyük rəqəmlərlə yadda qalıblar – Meksikada artım 22.6%, İtaliyada 16.7%, ABŞ-da 13.0%-a çatıb. Ən böyük televizya yayım bazarı isə Braziliyada qalmaqdadır – əvvəlki illə müqayisədə 1.8% geriləmə qeydə alınsa da, ölkədə yarışları 76 milyon tamaşaçı mavi ekranlardan izləyir.

Liberty Media sosial şəbəkələrdə populyarlığın artımını da xüsusilə qeyd edib: hazırda Facebook, Twitter, İnstagram və YouTube-da çempionatın 11.9 milyon izləyicisi var – bir il ərzində artım 54.9% təşkil edib.

Statistikaya əsasən, Formula1-in sosial şəbəkələrdə inkişaf tempi Formula E seriyasını, İspaniyanın La Liga çempionatını, Çempionlar Liqasını, İngiltərənin Premyer Liqasını, NFL, NBA, NHL və NASCAR çempionatlarını üstələyib.

Arxada qoyduğumuz ildə F1 sosial şəbəkələrdə və rəqəmsal platformalarda aktivliyini artırmaqla, videokontentin yayılmasında bəzi məhdudiyyətləri yumşaltmışdı.

 

Azarkeşlərin çempionatın Facebook səhifəsində keçirdikləri zaman müddəti əvvəlki illə müqayisədə 1600% artıb, Twitter-də yayılan videolara isə baxış sayı 2016-cı illə müqayisədə 165% artaraq 64 milyonu keçib.

Şon Bratçes: “Biz rəqəmsal platformalarda azarkeş artımının belə yüksək səviyyəsindən çox ruhlandıq. Keçən il bizim əsas işimiz azarkeşlərə sosial şəbəkələr vasitsəilə daha çox məlumatın verilməsi üzərində qurulmuşdu. Bu istiqamətdə işimiz davam edəcək və 2018-ci ildə azarkeşləri daha çox yeniliklər gözləyir. Çempionatın azarkeşləri üçün gözəl günlər başlayır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 548
Teqlər ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo