Ford konserni Ferrari komandasını məhkəməyə verir

Amerikanın Ford konserni Ferrari komandasına qarşı iddia qaldırıb – amerikalılar hesab edirlər ki, italiyalılar yeni maşının indeksində (F150) qaydaları pozublar… […]

Amerikanın Ford konserni Ferrari komandasına qarşı iddia qaldırıb – amerikalılar hesab edirlər ki, italiyalılar yeni maşının indeksində (F150) qaydaları pozublar…

Maranelloda yeni F150-nin təqdimatı zamanı bir çox ekspertlər bu indeksin heç də tarixi hadisədən deyil, sadəcə Ford-un 1975-ci ildən istehsal etdiyi, bir neçə nəsil dəyişmiş və hazırda ən məşhur pikapı olan F-150-dən götürüldüyünü zənn etmişdilər.

Amerikalı hüquqşünasların fikrincə, “Ferrari F-150 markasından qeyri-qanunu istfadə edib, yeni yarış maşınını F150 adlandırmaqla bizim maşının bütün dünyada qazandığı ad-sandan yararlanmaq istəyir…”

Bundan başqa, Detroyt məhkəməsinə verilmiş iddia ərizəsində yeni Ferrari maşınının loqotipinin də pikapın loqotipini xatırlatdığı vurğulanır. Konsern tələb edir ki, italiyalılar mənəvi zərbəyə görə cərimə olunmalı və bu indeksdən istifadə onlara qadğan olunmalıdır.

Yeri gəlmişkən, amerikallar bildiriblər ki, əvvəlcə Ford Ferrari rəhbərliyinə rəsmi məktubla müraciət edib, amma cavab almayıb. Maranello isə əmin edir ki, yeni maşın bu indeksi İtaliyanın birləşməsinin 150 illiyi şərəfinə alıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*