15 Dekabr 2017, Cümə - 21:45

Force İndia-nın qapıları Aston Martin üçün açıqdır…

Force İndia-nın qapıları Aston Martin üçün açıqdır…

Müəllif: Elçin Zodorov, redaktor

11:23 - 28 Fevral, 2016

Komanda keçən il Meksika Qran Prisindən sonra Aston Martin-lə danışıqlara başlamış, amma tərəflər razılığa gələ bilməmişdilər.

F-1.az xəbər verir ki, komandanın əməliyyat direktoru Otmar Safnauer bu barədə MotorSport.com resursuna danışıb: “Bizim qapılarımız onların üzünə həmişə açıqdır. Bu il bir yerdə işləyə bilməyəcəyik. Amma gələcəkdə mümkün ola bilər. Bu barədə biz onlarla masa arxasında hələ çox oturmalıyıq. Hələ də ehtimal var. Biz yenidən yığışıb 2017-ci ildə birlikdə işləməyin mümkün olub-olmamasını müzakirə edəcəyik.

Onlar Formula1-ə girməmişdən əvvəl bəzi suallara cavablar tapmaq istəyirlər. Bu cavabları da onlara ancaq və ancaq zaman verə bilər…”

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 363
Teqlər , , ,
Paylaş

logo