19 Yanvar 2018, Cümə - 21:07

FİA-nın Ümumdünya Şurasının fövqəladə iclasının yekunları

FİA-nın Ümumdünya Şurasının fövqəladə iclasının yekunları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:03 - 31 Yanvar, 2014

Bu gün Cenevrədə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının fövqəladə iclası keçirilib, iclasda Formula1-ə aid kompleks qərarlar qəbul olunub. FİA-nın prezidenti […]

Bu gün Cenevrədə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının fövqəladə iclası keçirilib, iclasda Formula1-ə aid kompleks qərarlar qəbul olunub.

FİA-nın prezidenti bildirib ki, federasiya çempionatı daim diqqət mərkəzində qalması üçün, azarkeşlər və sponsorlar üçün maraqlı olması üçün əlindən gələni etməyə çalışacaq. Dünən Jan Todtun sədrliyi ilə Formula1-in Strateji qrupu ilə görüş keçirilib, görüşdə Berni Ekklstoun və komandaların rəhbərləri də iştirak ediblər, görüşdə yekdilliklə məsrəflərinazaldılması kursu bəyənilib, bu kursun mexanizmləri isə 2014-cü ilin yayında Ümumdünya Şurasına təqdim olunacaq. Büdcənin məhdudlaşdırılması 2015-ci ilin yanvarından tətbiq olunmalıdır.

İclasda 2014-cü ilin İdman Reqlamentinə bəzi düzəlişlər qəbul olunub, düzəlişlər Formula1 Komissiyası və komandalar tərəfindən təsdiq olunmalıdır:

– Stüardlar sürücüyə 5 saniyəlik cərimə tətbiq edə bilərlər, cərimə pit-stop zamanı ödənilə bilər, yəni mexaniklər maşın üzərində işə başlamazdan əvvəl sürücü 5 saniyə boksda gözləməlidir;

– Komandanın əməkdaşları yalnız yarış zamanı deyil, sıralanma turunda da başlarına dəbilqə qoymalıdırlar;

– Sürücülər yarışın finişindən sonra boksa qayıtma dövrəsində dayanmaq hüququndan mərhum olunurlar, FİA-nın yanacaq çənindən götürməli olduğu yanacaq miqdarını təqdim etmək üçün sürücülər bu yolla yanacağa qənaət edə bilməyəcəklər. Əgər sürücü boksa qədər trasda dayanarsa, bu “fors major” hesab olunmayacaq;

– 2014-cü ildə komandalar “komendant saatı” qaydasını altı dəfə poza biləcəklər, keçən il bunu etməyə 2 dəfə icazə verilirdi. Düzəlişin səbəbi məlumdur: yeni maşınlar və yeni motorlarla komandalar daha çox problemlərlə üzləşəcəklər.

Formula1 Komissiyası və komandalar 2014-cü ilin Tezniki Reqlamentinə qəbul olunmuş cəmi bir düzəlişi də təsdiq etməlidirlər:

– Maşının yanacaqsız çəkisi yarış uik-endinin istənilən anında 691 kq-dan olmamalıdır. Əvvəlcədən nəzərdə tutulan çəki 1 kq artırılıb, çünki Pirelli təkərləri nəzərdə tutulduğundan ağır alınıb.

2015-ci ilin İdman Reqlamentinə də bir düzəliş nəzərdə tututlub:

– Maşının “kostruktoru” sayılması üçün komanda müstəqil olaraq asılqan və əyləc hava kanallarını hazırlamaya bilər.

2015-ci ilin Texniki Reqlamentinə isə üç düzəliş edilib:

– Maşının minimum çəkisinin 10 kq artırılaraq 701 kq-a çatdırılmas;

– 2015-ci ildə təkərlərin qızdırılması üçün bütün qurğular qadağan olunacaq;

– Təhlükəsizlik baxımından şassinin ön hissəsinin yuxarıya qalxmaması üçün xüsusi formaya salınması…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 185
Teqlər , , , , , , , , ,
Paylaş

logo