F.Alonso: “Bu uğur əminliyi artırır”

Fernando Alonso Britaniyada qələbə qazanmaqla mövsümdə ilk uğuruna imza atıb – ispaniyalı sürücü karyerasında 27-ci dəfə podiumun zirvəsinə qalxıb. Finişdən […]

Fernando Alonso Britaniyada qələbə qazanmaqla mövsümdə ilk uğuruna imza atıb – ispaniyalı sürücü karyerasında 27-ci dəfə podiumun zirvəsinə qalxıb. Finişdən sonra ikiqat dünya çempionu komandanın tərəqqisindən danışıb…

Fernando Alonso: “Biz əmin idik ki, rəqabətədavamlı olacayıq, amma qələbə bizim ciddi tərəqqimizdən xəbər verir. Əvvəllər biz bu trasda heç vaxt sürətli olmamışıq, eləcə də Barselonada – döngələrin xaarkteristikası və konfiqurasiyası bizim maşına uyğun gəlmir, ona görə də bugünkü uğur növbəti Qran Pri ərəfəsində əminliyi artırır.

Bu gün biz uğuru qeyd edəcəyik, sonra işimizə davam edəcəyik – biz Malayziyada, Kanadada, Britaniyada olduğu kimi qələbə uğrunda mübarizə aparacayıq. Sebastyanın üstünlüyü böyükdür və biz hələlik titul uğrunda mübarizə barədə düşünmürük, sadəcə hər bir yarışdan zövq almaq lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*