22 Oktyabr 2017, Bazar - 01:29

F.Massanın bloqu: “Yarışım bir neçə metr davam etdi”

F.Massanın bloqu: “Yarışım bir neçə metr davam etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

06:11 - 18 May, 2017

Williams komandasının sürücüsü Felipe Massa Motorsport.com saytında növbəti bloq yazısını yayımlayıb. F-1.az saytı olaraq bu yazını sizə təqdim edirik.

Felipe Massa: “İspaniya Qran Prisini düşünəndə üzülürəm. Həftəsonu Williams komandası üçün yaxşı başladı. Hər şey istədiyimiz kimi idi və yaxşı yarış keçirmək ümidimiz var idi. Amma yarışım 2-ci döngədəki insidentdən sonra məhv oldu. Orada Alonso nə etməyə çalışırdı, bilmirəm, ancaq onunla təmasın qarşısını almaq mümkünsüz idi. O təmasa görə təkərim partladı. Pitə çata bilsəm də, iki döngədən sonra yarışım bitmişdi. Həmin anda yarışı 4-cü yerdə bitirən Serxio Peresdən öndə idim. İlk dövrədə pitə gəldim və komanda təhlükəsizlik üçün ön qanadı dəyişdirməli oldu. Trasa qayıdanda liderə bir dəqiqədən çox uduzurdum. Bir müddət sonra məni bir dövrə qabaqladılar. Bu da vəziyyəti qarışdırdı. O qəza olmasaydı, daha yaxşı yarış keçirəcəyimə əmin idim. Ən pis halda 4-cü olacaqdım. Cümə günü yarış tempində Force İndia-dan güclü idik, lakin geriyə düşdükdən sonra sürətimi göstərə bilmədim. Yarışın ortasında Vandorn ilə təmas yaşadıq. İlk döngəyə girişinə və mənə doğru manevrinə baxsaq, məni görmədiyini düşünürəm. Bəxtim orada gətirdi ki, bolidim zədələnmədi və yarışı 13-cü yerdə bitirdim.

Amma çox pis yarış idi, çünki 1 Mercedes, 1 Red Bull və 1 Ferrari-nin mübarizəni dayandırdığı yarışda yaxşı xallar qazanmaq şansımız var idi. Rusiyada yarışın sonunda təkər partladığı üçün geriyə düşdük. Barselonadakı yarışım isə bir neçə metr keçdi. Bu günlərdə bəxtim gətirmir. Ümid edirəm ki, vəziyyət Monakoda dəyişər. Monte Karlo həmişə mənim üçün xüsusi olub. Braziliya Qran Prisindən sonra bura mənim ikinci ev yarışımdır. Bu yarışa səhər yatağımdan çıxıb gəzə-gəzə gedirəm.

Williams son illərdə bu trasa uyğun bolidlər düzəldə bilmir və təqvimdəki ən çətin yarışlardan biridir. Amma builki bolidimizə baxsaq, irəliyə doğru addım atdığımızı düşünürəm. Böyük ehtimalla, Monako üçün bəzi texniki yeniliklər edəcəyik. Barselonaya gətirdiyimiz yeniliklər yaxşı işlədi və komandanın doğru yolda olduğunu göstərdi. Monako həftəsonu digərlərinə nisbətən uzun olur. Tras həftənin 4-cü günü açılır. Mətbuat və sponsor tədbirləri isə ikinci gün başlayır. Amma Formula1 sürücüləri və Monako kbyazı Albertin dostları arasında keçirilən futbol matçı başda olmaqla, çoxlu əyləncəli tədbirlər olur. Həmin oyunu oğlum bütün ilboyu səbirsizliklə gözləyir. Onu məyus etməyəcəm. Bu il oğlum Felipinyonun yanında dostları da olacaq. Qələbə 100 faiz təmin edilib!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 995
Teqlər , , ,
Paylaş

logo