18 Dekabr 2018, Çərşənbə axşamı - 23:55

Əbu Dabi-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Əbu Dabi-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:14 - 21 Noyabr, 2018

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, reqlamentə uyğun olaraq, Yas Marina trasında Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 12-ci və 13-cü döngələr arasında hərəkət istiqamətində sağ tərəfdə yerləşən narıncı porebriklər təxminən 16 metr uzadılıb. 21-ci döngənin çıxışında yerləşən əks maili porebrikin arxasında hündürlüyü 50 sm olan sosiska tipli porebrik yerləşdirilib.

DRS zonalarına gəlincə, FİA keçənilki darxıdırıcı yarışdan sonra ötmələri artırmaq məqsədilə bu il ötmə zonlarının uzunluğunu bir qədər artırıb.

Birinci zonanın deteksiya nöqtəsi 7-ci döngəyə 40 metr qalmış, aktivasiya nöqtəsi isə həmin döngədən 270 metr sonra (keçən illə müqayisədə 120 metr irəlidə) yerləşir. İkinci zonanın deteksiya nöqtəsi 9-cu döngədən 50 metr sonra, aktivasiya nöqtəsi isə 115 metr sonra (keçən illə müqayisədə 25 metr irəlidə) yerləşir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 222
Teqlər , , , ,
Paylaş

logo