16 Dekabr 2017, Şənbə - 20:58

E.Fittipaldi: “Lyuis istənilən dövrdə güclü olardı”

E.Fittipaldi: “Lyuis istənilən dövrdə güclü olardı”

Müəllif: Rauf Hacıyev, redaktor

22:41 - 22 Noyabr, 2017

Formula1 üzrə ikiqat Dünya Çempionu Emerson Fittipaldi bildirib ki, Lyuis Həmilton 70-ci illərində də idmanın ən böyük ulduzu olardı.

F-1.az xatırladır ki, braziliyalı əfsanəvi sürücü 1972 və 1974-cü illərdə çempion olub və hər iki halda ilkə imza atıb. 1972-ci ildə ilk braziliyalı Dünya Çempionu, 1974-cü ildə isə McLaren komandasına çempionluq qazandıran ilk pilot olub.

Emerson Fittipaldi: “Lyuisi sevirəm. O, Formula1 tarixinin ən yaxşılarındandır və çempionluğa layiqdir. Onu ilk dəfə F3-də yarışarkən izləmişdim və o gündən hər yarışına baxıram.

Məncə, mükəmməl sürücüdür, istedadlıdır və sürüş tərzi heyrətamizdir. Etdiyi hücumlar da aqressivdir. Avtoidman üçün yaxşı adamdır və yaxşı şou göstərir. Yarışda ehtiyac duyduğumuz hərəkətlər onda var. O, 4 dəfə bu itulu qazanan ilk britaniyalı sürücüdür. Britaniya üçün mükəmməl elçidir. O, idmanı daha populyar edə bilər.

Mənim üçün ən yaxşı sürücülər – Xuan Manuel Fanxio, Cim Klark, yaşıdım Ceki Stüart, yerlim və dostum Ayrton Sennadır. Formula1 tarixindəki 3-4 sürücünü və ya Lyuisi götürüb mənim dövrümə göndərsəniz, McLaren və ya JPS Lotus-umla onu məğlub etməyim çətin olardı. Stüart üçün də çətin olardı.

Lyuisin istedadına şübhə etmirəm, amma karyeramın əvvəlində müasir Formula1 bolidini sürsəydim, mən də çox güclü olardım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 35
Teqlər , ,
Paylaş

logo