23 Noyabr 2017, Cümə axşamı - 11:40

E.Bulye: “Arai zəif nəticələrə görə getmədi”

E.Bulye: “Arai zəif nəticələrə görə getmədi”

Müəllif: Elçin Zodorov, redaktor

16:37 - 26 Fevral, 2016

Honda 2015-ci ildə uzun fasilədən sonra McLaren-i mühərriklə təchiz etməyə başladı. Lakin Honda mühərrikdəki problemləri mövsümün sonuna qədər həll edə bilməmişdi və zəif çıxışa görə əsas tənqid hədəfi Honda Motorsport-un rəgbəri Yasuhisa Arai olmuşdu…

F-1.az xəbər vermişdi ki, Yasuhisa Arai Honda idarə heyətinin qərarı ilə gözlənilmədən istefaya göndərilib.

Erik Bulye bunun zəif çıxışla əlaqəli olmadığını bildirib: “Honda şirkətində 60 yaşa çatmış hər kəs təqaüdə göndərilir. O da 60 yaşdadır. Buna bir çoxları inanmadı”.

Yasuhisanı əvəz edəcək Yusuke Haseqava deyib: “Komandaya gələrkən hadisələrin belə inkişaf edəcəyini gözləmirdim. Keçən il bir çox yarışı televizordan izləmişdim”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 205
Teqlər , ,
Paylaş

logo