19 Noyabr 2017, Bazar - 01:36

Dakar-2017 Asunsyonda start alıb

Dakar-2017 Asunsyonda start alıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:35 - 02 Yanvar, 2017

Yeni ilin ilk günündə Paraqvayın paytaxtı Asunsyonda Dakar-2017 ralli-marafonunun təntənəli startı baş tutub. Marafonun təşkilatçıları yarışın idman startından kənarda təntənəli açılış mərasimi qurmaq ənənəsini davam etdiriblər. Yerli vaxtla saat 17:00-da başlayan bayram mərasimi gecəyarısınadək davam edib…

F-1.az bildirir ki, bayram mərasimi Paraqvay çayının sahilində, ölkə prezidentinin rəsmi rezidensiyasının qarşısındakı meydanda baş tutub. Meydana toplaşan azarkeşlər idmançıları alqışlarla qarşılayıblar.

Yanvarın 2-də marafonun iştirakçıları cənuba Argentinanın Resistensiya şəhərinə tərəf ilk mərhələyə yollanacaqlar. İlk mərhələnin uzunluğu 454 kilometr olsa da, xüsusi sürətli sahə cəmi 39 km təşkil edəcək.

Xatırladaq ki, marafonun startına 143 motosiklet, 37 kvadrosikl, 77 yolsuzluq maşını, 50 yük maşını çıxacaq və marafon 14 gündən sonra başa çatacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Dakar
Mənbə
Baxış Sayı 1. 528
Teqlər
Paylaş

logo