23 Noyabr 2017, Cümə axşamı - 11:38

D.Rikkardo: “UltraSoft təkərlər doğru addımdır”

D.Rikkardo: “UltraSoft təkərlər doğru addımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

19:52 - 24 Fevral, 2016

Daniel Rikkardo dünən ilk dəfə istifadə etdiyi ultra yumşaq təkərlər barədə təəssüratlarını bildirib..

F-1.az xəbər verir ki, Pirelli şirkəti bu mövsüm şəhər tipli traslarda istifadə edilməsi üçün UltraSoft markalı təkər hazırlayıb. Bu təkərləri ilk dəfə Barselona testlərinin ikinci günündə Daniel Rikkardo və Sebastyan Fettel istifadə ediblər.

Daniel Rikkardo: “Super yumşaq təkərin üstünə önəmli bir addım oldu və özünü yumşaq təkər kimi apardı. Ona görə də yaxşıdır. Stabil idi və bir az daha çox yol tutumu ola bilərdi.

Qəribə heç nə yoxdur. Həyəcanlanacaq bir şey də yoxdur. Ultra yumşaq təkərlərlə yaxşı kiçik addım atılıb.

Bu təkər soyuq asfalta və bu trasa uyğun deyil, amma yenə də bu təkəri yoxlamaq və necə işlədiyini görmək yaxşı oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 262
Teqlər , , ,
Paylaş

logo