20 Oktyabr 2017, Cümə - 22:02

D.Rikkardo: “Fettel axmaqlıq etdi”

D.Rikkardo: “Fettel axmaqlıq etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

17:42 - 06 İyul, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo sabiq komanda yoldaşı Fettelin Bakıdakı hərəkətini axmaqlıq adlandırıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bakıda Həmiltonun bolidinə bilərək çırpılmış və 10 saniyəlik dayan və get cəzası almışdı. Bundan başqa, almaniyalı sürücünün bu hərəkəti FİA tərəfindən araşdırılmış və sosial xidmət cəzasına tuş gəlmişdi. Bəzi mütəxəssislər FİA-nı ixrac qərarı vermədiyi üçün tənqid edərkən, müzakirələr hələ də davam edir.

Lakin Bakıda karyerasının 5-ci qələbəsini qazanan Daniel Rikkardo düşünür ki, Həmiltonun boyunaltısı çıxdığına görə Fetteldən geriyə düşməsi hadisəni daha da ön plana çıxarıb: “Sebastyana verilən cəzanın yüngül olduğunu deyirlər, amma mən düşünürəm ki, bunun səbəbi yarışı Lyuisin önündə bitirməsidir. Bu sadəcə Həmiltonun boyunluğu ilə əlaqədar idi. Bu olmasaydı, Lyuis qalib gələrdi və Seb 5-ci olardı. Əgər belə olsaydı, bu qədər səs-səmir çıxmazdı. Məncə, Sebə verilən 10 saniyəlik dayan və get cəzası qara bayraqdan sonra ən böyük cəzadır. Pitdə 20 saniyə itirirsiniz və 10 saniyə dayanmalısınız. Düşünürəm ki, bundan ağır cəza ola bilməzdi. Yarış bitdikdən sonra ona 10 saniyəlik cəza gəlsəydi, bu çox yüngül olardı. Bu cəzanın yetərsiz olduğunu düşünərdim. Verdikləri qərar doğru idi. Etdiyi hərəkətdə ixraclıq heç nə yox idi. Buna görə də qərarı düzgün sayıram. Demirəm ki, etdiyi doğru idi, amma təhlükəli deyildi. Maksimum sürətimiz 40 km/saat idi və etdiyi hərəkət axmaqlıq idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 935
Teqlər , , , , , ,
Paylaş

logo