D.Kulthard: “Rəykkönen hələ də sürətlidir”

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Kimi Rəykkönen hələ də Formula1-in ən sürətli sürücülərindəndir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son qələbəsini 2013-cü ilin Avstraliya yarışında qazanıb. Bu il də komanda yoldaşı Fettelin tempinə cavab verə bilmir və hazırda turnir cədvəlində 5-ci yerdədir.

Devid Kulthard: “Kiminin əsas problemi şanssızlıqdır. Hazırda bəxti gətirmir. Əvvəlki sürətini itirməyib. Hazırda Formula1-in ən sürətli pilotlarından biri olmağa davam edir. Bəxti gətirəndə yaxşı performans göstərir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*