20 Oktyabr 2017, Cümə - 05:38

C.Palmer gözəl xatirələri yenidən yaşamaq istəyir

C.Palmer gözəl xatirələri yenidən yaşamaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 27 Aprel, 2017

Renault komandasının sürücüsü Colion Palmer 2014-cü ildə GP2-də seriyasında Rusiya yarışının qalibi olmuşdu. Britaniyalı sürücü gözəl Soçi xatirələrindən danışıb.

F-1.az xatırladır ki, Palmer 2014-cü ildəki Soçi yarışına birinci yerdən başlamış və bütün yarış rəqiblərinin pressinqinə tab gətirərək, qalib gəlmişdi.

Colion Palmer: “Mənim üçün Rusiya ilə bağlı ən gözəl xatirə GP2-də yarışarkən burada qazandığım qələbə idi. Mövsümün sonunda çempion olmuşdum. Buna görə də Soçi ilə bağlı gözəl xatirələrim var. İlk dövrədən etibarən gözəl yarış keçirdim, amma yarış ərzində təzyiq altında idim. Yarış qazanmaq gözəl hissdir, amma bir yarışı təzyiq altında keçirərək qazanmaq əsl uğurdur.

Soçi trasının səthi çox təmiz olduğu üçün asfaltla ilişmədə çətinlik çəkirik. Buna görə də çox şey barədə düşünməliyik. Keçən il asfaltla ilişmənin az olduğunu gördük. Amma 2017-ci ildə əlavə asfaltla ilişmənin təsirini görmək maraqlı olacaq. Keçən il sıralanma turunda çətinlik çəksək də, yarış tempimiz daha yaxşı idi.

Bolidimiz inkişaf edib. Amma hələ buna davam edəcəyik. Bəhreyndə hər iki bolidlə sıralanma turunun son sessiyasına qalmaq mükəmməl idi. Sonuncu sərbəst yürüşlərdə çətinlik çəkdim və mühəndisim Kris Riçards ilə oturub bolidin sazlanmalarını dəyişdirdik. Beləliklə, bolid daha yaxşı oldu. Bəhreyndəki yarış isə əsəbpozucu idi. Bolidin sürətlənməsini təmin edə bilmədik. Niko Hülkenberq də bu cəhətdən çətinlik çəkdi. Amma komandanın hər yarış inkişaf etməsi yaxşı xəbərdir. Buna görə də Soçi yarışına ümidlə yanaşırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 747
Teqlər , , ,
Paylaş

logo