C.Batton “primadonna” Şumaxerdən danışıb

Censon Batton son kitabı Life to the Limit-də komanda yoldaşları ilə bağlı xatirələrini yazıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2000-ci ildə Williams komandası ilə idmanda debüt etmiş və onun ilk komanda yoldaşı Ralf Şumaxer olmuşdu. Amma Battonun Ralfla bağlı heç də yaxşı xatirələri yoxdur: “10 saniyə idi ki, Williams komandasının sürücüsü olmuşdum və göz yaşlarımı saxlamağa çalışırdım. Anamı və atamı düşünürdüm. Birdən Ralf içəri girdi və primadonna kimi özünü apararaq, Frənkə baxdı. Sonra isə “maşın sabah gəlməsə, yarışda iştirak etməyəcəm” dedi.

Ürəyimdə “nə baş verir, Frənklə belə danışa bilmərsən” dedim. Ralf danışarkən Frənk özünü itirmədi. Ralf isə “ciddiyəm, maşın sabah otelin qabağında gözləməsə, geciksə, gəlmirəm və testlərə çıxmayacam” dedi. Frənk isə “sabah sənə maşın yollayacağıq” dedi. Ralf otaqdan çıxırdı ki, Frənk danışığına davam etdi – “Ralf, Censonu ikinci pilot kimi seçdim”.

Ralf əvvəlcə Frənkə, sonra mənə baxaraq, “bilirəm” dedi.

Ralf doğrudanmı bilirdi, yoxsa mənə qarşı pislikmi edirdi, bilmirəm. Amma bir komanda yoldaşınızla bu cür münasibət başlamaq qəribə idi. Ralf mənə uduzmaqdan qorxurdu və mənə elə gəlirdi ki, özünə inanmır. Mənimlə komanda yoldaşı kimi davranmırdı. Bəlkə də, mənim yaşımdan, dil fərqindən irəli gəlirdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*