19 Noyabr 2017, Bazar - 18:18

BMW R.Kubitsa üçün yeni maşın hazırlayır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:12 - 14 Aprel, 2009

BMW Sauber Robert Kubitsa üçün maşının yeni yüngülləşdirilmiş versiyasını hazırlayır, yeni maşın polşalı sürücüyə optimal çəkipaylanması üzündən təkərlərin tes yeyilməsinə […]

BMW Sauber Robert Kubitsa üçün maşının yeni yüngülləşdirilmiş versiyasını hazırlayır, yeni maşın polşalı sürücüyə optimal çəkipaylanması üzündən təkərlərin tes yeyilməsinə risk etmədən KERS-dən istifadə imkanı verəcək. Mövsümün ilk iki yarışında komanda KERS-i yalnız Nik Haydfeldin maşınına qoyub – alman sürücü polşalı həmkarından yüngüldür və bu fərq sistemin ağırlığını kompensə etməyə imkan verir. Yüngülləşmiş maşın may ayında İspaniya Qran Prisi günlərində trasda debüt etməlidir…

Mario Tayssen: “Hazırda biz Robertin KERS-lə çıxış etməsi üçün əlimizdən gələni edirik, söhbət KERS sisteminin və maşının konstruksiyasının təkmilləşdirilməsindən gedir. Problem çəkipaylanmasındadır, optimal balansı tapa bilmirik, məsələ yalnız KERS-də deyil, amma mənim fikrimcə, mövsümün gedişində bu sistemdən istifadə olunması sıralanma turunda və yarışda, xüsusən də startda mübarizə üçün həlledici faktordur. Təfərrüatına getmək istəmirəm, amma iş gedir və hazırda komanda bir neçə maraqlı yenilik hazırlayır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 98
Teqlər
Paylaş

logo