22 Oktyabr 2018, Bazar ertəsi - 11:52

Belçika Qran Prisi: Tras

Belçika Qran Prisi: Tras

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

03:58 - 20 Avqust, 2015

Belçikada yerləşən Spa Frankorşam trası ilk dəfə 1921-ci ildə yarış qəbul edib, trasın əsasını La Meuse qəzetinin redaktoru Jül de […]

Belçikada yerləşən Spa Frankorşam trası ilk dəfə 1921-ci ildə yarış qəbul edib, trasın əsasını La Meuse qəzetinin redaktoru Jül de Tyer və ölkənin Kral Avtomobil Klubunun idman şöbəsinin başçısı Henri van Ofem qoymuşdular. Onlar üç yaşayış məntəqəsini birləşdirən yerli yollardan yarış trası kimi istifadə etməyi qərara almışdılar, nəticədə çox sürətli yarış trası alınmışdı. Demək olar ki, bu tras “təbii yolla” alınmışdı, tras həm sürücülərin, həm də tamaşaçıların xoşuna gəldi və tezliklə müxtəlif seriya və siniflərin yarışlarını qəbul etməyə başladı.

1924-cü ildə bu trasda ilk dəfə olaraq “Frankorşamın 24 saatı” sutkalıq yarışı, gələn il isə İlk Qran Pri keçirilib. Starta cəmi yeddi maşın çıxmışdı, qələbəni isə Alfa Romeo-da Antonio Askari (gələcək ikiqat dünya çempionunun atası) bayram edib.

İlk “süni” döngə (Raidillon – “yolun çətin hissəsi”) trasın konfiqurasiyasına 1938-ci ildə əlavə olunub. Bu döngə ilə trası daha gərgin və sürətli etmək planlaşdırılırdı, o zaman məşhur alman Nürburqrinq trası ilə rəqabət gedirdi. Müharibə zamanı trasda yarış keçirilməyib, 1947-ci ildən isə yenidən iş qızışıb. 1950-ci ildən isə tras Formula1 təqvimində yerini alıb. İlk iyirmi ildə trasın uzunluğu 14 km-dən uzun idi!

bel-03
Yüksək sürətlər və döngələr Spada təhlükəsizlik məsələlərini həmişə önə çəkirdi. 1960-cı ildə iki sürücü (Mayk Təylor və Stirlinq Moss) sərbəst yürüşlərdə ağır zədə aldılar, iki sürücü isə (Kris Bristou və Alan Steysi) yarışda həlak oldular. 1966-cı ildə ciddi kütləvi qəzadan sonra (starta çıxmış 15 maşından 8 maşın qəzaya düşmüşdü) çiyin və qabırğasını sındırmış Ceki Stüart bu trasda təhlükəsizliyi artırmaq kompaniyasına başladı. Daha sonra bu kompaniyaya Qran Pri sürücülərinin Assosiasiyası da qoşuldu. Düzdür, 1970-ci ildə trasın konfiqurasiyasında dəyişiklik edilsə də (şikana əlavə olunmuşdu), bu il 14 km-lik trasın son yarışı oldu.

Növbəti 13 ildə Belçika Qran Prisi iki dəfə Niveldə və 10 dəfə Zolderdə keçirildi.

Spada isə 1979-cu ildən başlayan yenidənqurma işləri 1983-cü ildə başa çatdı: trasın uzunluğu iki dəfədən çox qısaldıldı və konfiqurasiyası tam dəyişdirildi. Həmin il yarış köhnə ad altında tamamilə yeni trasda keçirildi.

bel-02

Tarix: 21-23 avqust 201-ci il
Tras: Spa Frankorşam
Dövrənin uzunluğu: 7004 m
Dövrələrin sayı: 44
Ümumi məsafə: 308.052 km

O vaxtdan trasda 3 dəfə yarış keçirilməyib: 1984-cü ildə yarış Zolderdə keçirilib, 2003-cü ildə tütün qadağasına görə yarış keçirilmədi və 2006-cı ildə təşkilatçıların maliyyə problemləri üzündən yarış baş tutmadı.

Bu illər ərzində tras bir neçə dəfə konfiqurasiyasını dəyişib, hətta start xətti yerini dəyişib, yeni döngə və şikana əmələ gəlib, trasın uzunluğu da dəyişib. Amma bütün bunlara baxmayaraq, bu tras sürücülərin sevimlisi olaraq qalmaqdadır. Trasda ancaq istedadlı sürücülər qalib gəliblər, Mixael Şumaher burada altı qələbə qazanıb, Ayrton Senna – 5, Cimmi Klark və Kimi Rəykkönen – 4, Fanxio və Dəymon Hill – 3, Alberto Askari və Alen Prost isə 2 qələbə qazanıbalr. Bu trasda qalib gələn 22 sürücüdən 15 nəfəri çempion olub…

Spada mühəndislər düz yollarda sürət və yavaş döngələrdə idarəetmə arasında kompromis axtarışında üstünlüyü sürətə verirlər.

Spa orta sürətə görə təqvimdə ikinci yeri tutur və yalnız Montsaya uduzur. Adətən, cümə günü komandalar aerodinamikanın minimum zəruri konfiqurasiyası ilə məşqlərə başlayırlar və orta sektorda stabillik üçün tədricən maşını asfalta sıxırlar.

Tras dəniz səviyyəsindən 410 metr hündürlükdə yerləşir, havanın orta təzyiqi 968 mBardır, bu dərəcədə alçaq təzyiq motorun gücünə təsir edir.

Yarışın startı qəzalarla zəngin olur, Təhlükəsizlik Maşınının trasa çıxma ehtimalı kifayət qədər böyükdür. F-1.az xatırladır ki, Pirelli şirkəti Belçikaya orta cütlüyü – Soft və Medium tərkiblərini gətirəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 354
Teqlər , ,
Paylaş

logo