13 Dekabr 2017, Çərşənbə - 13:09

Belçika-2016: Bukmeyker cədvəlləri

Belçika-2016: Bukmeyker cədvəlləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:05 - 21 Avqust, 2016

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton əfsanəvi Spa trasında qələbəyə əsas favorit olacaq. Onun komanda yoldaşı Niko Rosberqin şansları bir qədər az qiymətləndirilib. Bukmeykerlərin fikrincə, Red Bull sürücüləri Ferrari sürücülərindən kifayət qədər şanslı olacaqlar…

Belçika Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton1.80
Niko Rosberq2.05
Maks Ferstappen8.50
Sebastyan Fettel12.00
Daniel Rikkardo7.50
Kimi Rəykkönen20.00
Serxio Peres, Niko Hülkenberq151.00
Valtteri Bottas201.00
Felipe Massa251.00
Censon Batton, Fernando Alonso301.00

 

Titul uğrunda mübarizədə bukmeykerlər yalnız 3 komandanın sürücülərinin şanslı olduğunu qeyd ediblər. Lyuisin ardıcıl 4 qələbəsindən sonra titul şansları da güclənib. Ferrari və Red Bull sürücülərinin yalnız riyazı şansları var…

Dünya çempionatında qələbə (sürücülər)
Lyuis Həmilton1.20
Niko Rosberq4.50
Sebastyan Fettel, Daniel Rikkardo201.00
Maks Ferstappen301.00
Kimi Rəykkönen501.00

 

Mövsümün ilk yarısından sonra bukmeykerlər Mühəndislər Kuboku üçün reytinq cədvəli tərtib etməyiblər – qalibi indidən söyləmək ən asan işdir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 160
Teqlər , ,
Paylaş

logo