Bazar ertəsi Ferrari idman mövsümünü açacaq

Bazar ertəsi Ferrari yeni idman mövsümünü Madonna di Kampilyo kurortunda jurnalitslər üçün təşkil etdiyi ənənəvi Wroom tədbiri ilə açacaq. Mətbuat […]

Bazar ertəsi Ferrari yeni idman mövsümünü Madonna di Kampilyo kurortunda jurnalitslər üçün təşkil etdiyi ənənəvi Wroom tədbiri ilə açacaq. Mətbuat və komandanın qonaqları komandanın rəhbərləri və sürücüləri – Fernando Alonso, Felipe Massa, Mark Jene və Jül Byanki ilə, həmçinin Ducati motosiklet komandasının sürücüləri ilə ünsiyyətdə ola biləcəklər.

Bu gün səhər komandanın Maranellodakı bazasında yeni maşının 288 nömrəli şassisi yığılıb. Mühəndis və mexaniklər ilkin sınaqlar keçirirlər, ayın sonunda isə Skuderiya yeni maşını mətbuata rəsmi təqdimat mərasimində göstərəcək. Amma mərasimin vaxtı dəqiq təyin olunmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*