21 Sentyabr 2018, Cümə - 06:50

Azərbaycan Qran Prisinin son günündə Dua Lipa konsert verəcək

Azərbaycan Qran Prisinin son günündə Dua Lipa konsert verəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:23 - 23 Fevral, 2018

“Brit Awards 2018” müsabiqəsinin ikiqat qalibi aprelin 29-da Bakı Kristal Zalında səhnəyə çıxacaq.

F-1.az Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinə istinadən bildirir ki, dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan biri Dua Lipa builki Azərbaycan Qran Prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramında çıxış edərək, Bakıda gərgin mübarizə və əyləncə fonunda baş tutacaq möhtəşəm yarış həftəsonuna öz damğasını vuracaq.

Ötən illərdəki yarışlardan fərqli olaraq bu il dünya ulduzlarının verəcəyi axşam konsertləri Kristal Zalda keçiriləcək.

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8.5 milyon sinql və 1.5 milyon albom sataraq, ötən il Spotify-da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

BŞH-nin icraçı direktoru Arif Rəhimov Dua Lipanın apreldə Bakıya gəlişinə belə münasibət bildirib: “Dünya musiqisinin ən istedadlı sənətçilərindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Dua Lipanın musiqi dünyasında sürətlə yüksəlməsinə, o cümlədən onun bu il Britaniyada böyük mükafatlar qazanmasına şahid olmaq olduqca həyəcanvericidir. 3-cü Azərbaycan Qran Prisinin bağlanış mərasimini ən gözəl şəkildə qeyd etmək və gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarış həftəsonundan sonra tamaşaçılarla xoş təəssüratlarla vidalaşmaq üçün Dua ən uyğun seçimdir. Aprelin 29-da Kristal Zalda baş tutacaq konserti səbirsizliklə gözləyirəm. Bizimlə birlikdə olmaq üçün biletlərinizi indidən əldə etməyə tələsin”.


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 1. 902
Teqlər , , ,
Paylaş

logo