23 Sentyabr 2017, Şənbə - 09:46

Azərbaycan-2017: Bukmeyker cədvəlləri

Azərbaycan-2017: Bukmeyker cədvəlləri

Müəllif: Elçin Zodorov, redaktor

07:08 - 19 İyun, 2017

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər Həmiltonun qələbəsinə daha çox inanırlar – britaniyalının Kanadadakı möhtəşəm çıxışı və maşının sürətli olması ona olan inamı xeyli artırıb. Onların fikrincə, Lyuisin ən böyük rəqibi yenə də Fetteldir…

Azərbaycan Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton1.83
Sebastyan Fettel3.25
Valtteri Bottas6.00
Kimi Rəykkönen13.00
Daniel Rikkardo, Maks Ferstappen51.00
Serxio Peres101.00

 

Fettelin çempionatda 12 xallıq üstünlüyünün olmasına baxmayaraq, bukmeykerlər iki həftə əvvəlkindən fərqli olaraq, bu dəfə Lyuisin titulun sahibi olacağına daha çox inanırlar…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton1.91
Sebastyan Fettel2.10
Valtteri Bottas26.00
Kimi Rəykkönen81.00
Daniel Rikkardo, Maks Ferstappen201.00

 

İdarənin əməkdaşları Mercedes AMG-nin Mühəndislər Kubokunu qazanacağından o qədər əmindirlər ki, mərkəzi Berklidə yerləşən komandanın şanslarını Ferrari-dən iki dəfə çox qiymətləndiriblər. Digər komandalara verilən əmsallar isə formal xarakter daşıyır…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG1.44
Ferrari2.87
Red Bull501.00
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber2501.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 340
Teqlər , , , , , ,
Paylaş

logo