Alfa Romeo loqolu Sauber-in təqdimat tarixi məlum olub

Yeni mövsümdən etibarən Alfa Romeo ilə tərəfdaşlığa başlayan Sauber komandası 2018-ci ilin təqdimat tarixini açıqlayıb.

F-1.az xəbər verir ki, yeni tərəfdaşlığın ilk bolidi olan C37 fevralın 20-də təqdim ediləcək. Yeni bolidin qırmızı-ağ rənglərdə olması və yeni sponsorların gəlməsi gözlənilir. Ferrari-nin yeni mühərrikləri ilə təchiz edilmiş C37 Alfa Romeo Sauber komandasının rəsmi saytında canlı yayımda təqdim ediləcək. Qeyd edək ki, Sauber bu mövsüm Williams-dan sonra bolidini təqdim edən ikinci komanda olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*