19 Avqust 2018, Bazar - 01:50

A.Prost Fransadan razıdır

A.Prost Fransadan razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

10:07 - 31 Yanvar, 2018

Formula1-in canlı əfsanəsi Alen Prost bildirib ki, Fransanın Formula1-də çəkisinin artması yaxşı haldır.

F-1.az xatırladır ki, 2011-ci ildə peletonda fransız sürücü olmadığı halda, hazırda Fransa sürücü sayına görə digər ölkələri qabaqlayır. Üstəlik Fransa Qran Prisi də 10 ildən sonra təqvimə qayıdır. Bundan başqa Renault komandası da 2016-cı ildə idmana qayıtmışdı.

Alen Prost: “Hamı Britaniyanı avtoidmanın vətəni kimi görür, amma buna görə hirslənməyə dəyməz. Avtoidman Fransada yaranıb. Bugatti və Talbot buradan çıxıb. Hazırda Renault, Citroen və Peugeot şirkətləri müxtəlif yarışlarda iştirak edirlər.

Fransada 10 il ərzində Formula1 yarışının keçirilməməsi yaxşı hal deyildi, amma yarışlar artıq ölkəmizə gəlir və bu hal avtoidman ənənəsinin böyüməsinə kömək edəcək. Fransa Qran Prisi ölkənin nüfuzunu artıracaq. Bundan başqa bizim üç sürücümüz var. Renault mühərriyindən istifadə edən 3 komanda var. Belə vəziyyətə görə fəxr edə bilərik”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 145
Teqlər ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo