F-1.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, təqvimə 2 yeni yarış əlavə olunub – Vyetnam və Hollandiya Qran Priləri mövsümün əvvəlində yer alıblar. Ona görə də Azərbaycan Qran Prisinin vaxtı dəyişdirilib – doğma Bakımız planetin ən nüfuzlu yarışını 5-7 iyunda qəbul edəcək.
Beləliklə, təqvimdən yalnız Almaniya Qran Prisi çıxarıldığı üçün gələn il 22 mərhələ keçiriləcək.
2020-ci il mövsümünün təqviminin ilkin versiyası:
| Tarix | Qran Pri | Keçirildiyi şəhər |
| 15 mart | Avstraliya | Melburn |
| 22 mart | Bəhreyn | Saxir |
| 5 aprel | Vyetnam | Hanoy |
| 19 aprel | Çin | Şanxay |
| 3 may | Hollandiya | Zandfort |
| 10 may | İspaniya | Barselona |
| 24 may | Monako | Monako |
| 7 iyun | Azərbaycan | Bakı |
| 14 iyun | Kanada | Monreal |
| 28 iyun | Fransa | Le Kastelle |
| 5 iyul | Avstriya | Şpilberq |
| 19 iyul | Britaniya | Silverstoun |
| 2 avqust | Macarıstan | Budapeşt |
| 30 avqust | Belçika | Spa |
| 6 sentyabr | İtaliya | Montsa |
| 20 sentyabr | Sinqapur | Sinqapur |
| 27 sentyabr | Rusiya | Soçi |
| 11 oktyabr | Yaponiya | Suzuka |
| 25 oktyabr | ABŞ | Ostin |
| 1 noyabr | Meksika | Mexiko |
| 15 noyabr | Braziliya | San Paulu |
| 29 noyabr | Əbu Dabi | Yas Marina |





