11 Dekabr 2017, Bazar ertəsi - 08:01

F.Tost Renault-ya inanır

F.Tost Renault-ya inanır

Müəllif: Rauf Hacıyev, redaktor

13:01 - 25 Aprel, 2017

Toro Rosso komandasının rəhbəri Frants Tost inanır ki, Renault ilə bağlı problemlər növbəti yarışlarda həll olunacaq.

F-1.az xatırladır ki, italyanlar bu mövsümə yaxşı başlayıblar və mövsümün ilk iki yarışından xallarla ayrılıblar. Mövsümün üçüncü yarışı Bəhreyndə isə Karlos Saynsın rəqibi Stroll ilə insidenti və Daniil Kvyatın pis start alması Toro Rosso komandasının xalsız qalmasına səbəb olmuşdu.

Qeyd edək ki, ispaniyalı sürücü bu insidentə görə Rusiya yarışının startında 3 yer itirəcək.

Frants Tost: “Renault bu mövsüm yeni mühərrik təkmilləşdirib və indiyə kimi çox sürətli olduqlarını göstərdilər. Təbii ki, bəzi problemlər yaşayırıq. Bunların da qısa müddət ərzində həll olunacağına əminik. Hazırda Mercedes və Ferrari mühərriklərindən geri qalırıq, amma inanıram ki, Renault bu fərqi mövsümün gedişatında azaldacaq. Vaxt keçdikcə hər şey daha yaxşı olacaq. Çoxlu dövrələr vuraraq, öyrənməliyik. Beləliklə, stabil nəticələr qazana bilərik.

Karlosa verilən cəza isə ağırdır. Əgər risk etməsəniz, yerinizdə sayarsınız. Yarış insidenti idi, amma stüardlar belə düşünmədilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 640
Teqlər , , , ,
Paylaş

logo