F-1.az xatırladır ki, seriya bir ay əvvəl təşkil olunub və yalnız qadın sürücülərdən ibarət olacaq.
İlk mövsümn cəmi 6 yarışdan ibarət olacaq və may ayında başlayıb avqust ayında başa çatacaq. Yarışlar Avropanın 5 ölkəsinin 6 trasında keçiriləcək. Qeyd edək ki, həmin vaxtlarda elə həmin traslarda DTM çempionatının yarışları keçirildiyi üçün, çox güman ki, qadınların W Seriyası məhz DTM çempionatının dəstək yarışları siyahısına qoşulacaq.
W Seriyasının 2019-cu il mövsümü üçün təqvimi:
| Tarix | Tras | Ölkə |
| 3-5 may | Hokkenhaym | Almaniya |
| 17-19 may | Zolder | Belçika |
| 7-9 iyun | Mizano | İtaliya |
| 5-7 iyul | Norisrinq | Almaniya |
| 19-21 iyul | Assen | Hollandiya |
| 10-11 avqust | Brənd Hətç | Britaniya |





