Tələsmədən tələsmək

Prinsipcə, artıq çoxdan aydın idi ki, Lyuis Həmilton bu il titulunu müdafiə edə bilməyəcək, amma məhz bu gün İtaliya Qran […]

Prinsipcə, artıq çoxdan aydın idi ki, Lyuis Həmilton bu il titulunu müdafiə edə bilməyəcək, amma məhz bu gün İtaliya Qran Prisində britaniyalı sürücü dünya çempionu adını təhvil verdi. Təbii ki, Monsada son dövrəyə qədər hücum edərkən o bu barədə düşünmürdü, amma zəmanətli podium əvəzinə son dövrədə qazandığı qəza onun çempionluğuna böyük və emosional nöqtə qoydu…

Mövsümün sonuna dörd yarış qalmış titula namizədlərin sayı da dördə enib. Əslində elə real olaraq, onların sayı əvvəldən dörd nəfər idi, amma bugünkü yarışdan sonra beşinci yerdə olan Kimi Rəykkönendən başlayaraq digər sürücülər titula riyazı şanslarını belə itirdilər. Hərçənd, məntiqi baxımdan Monsadan sonra Red Bull sürücülərinin çox cüzi şansları qalıb, düzdür, Sebastyan Fettel sona qədər mübarizə aparmağa söz versə də, çempionatın liderindən onu artıq 26 xal ayırır, Mark Uebber isə bir qədər də çox – 28.5 xal geri qalır. Bu isə o deməkdir ki, onlar yerdə qalan hər bir yarışda Censondan 6-7 xal üstün olmalıdırlar, bu isə “öküzlər”in yaxşı vaxtında belə çətin məsələ idi. Amma yayda avstraliyalı sürücü ən uğurlu sürücü sayılırdı – İspaniyadan Macarıstana kimi 0 42 xal toplayaraq, çempionatda ikinci yerə yüksəlmişdi…

Son yarışlarda isə ən uğurlu sürücü adı Rubens Barrikelloya və Kimi Rəykkönenə keçib, Kimi son dörd yarışda podium qazanan yeganə sürücüdür (lap bu gün Lyuis ona kömək etsə belə). Yeri gəlmişkən, Ferrari bir-birindən radikal fərqlənən müxtəlif avtodromlarda stabil olaraq ilk üçlüyə düşüb, bu isə gələn ilin maşını üzərində işləməyə başlayan bir komanda üçün vacib xüsusiyyətdir.

Altı yarışdır ki, Censon Batton qələbə qazana bilmir, bu altı yarışda britaniyalı sürücü cəmi 19 xal toplayıb, amma onun komanda yoldaşı Rubens isə (eləcə də Kimi Rəykkönen) bu yarışlarda 31 xal qazanıb. Censon adi riyazi hesablamalar aparsa, məlum olar ki, hər bir yarışda Rubens ondan 2-3 xal çox toplasa da, mövsümün sonunda onu qabaqlaya bilməyəcək. Ona görə də, Censona sadəcə olaraq yüksək yerlərdə finiş görmək kifayətdir ki, ilk dəfə titulu qazansın.

Amma bu rəqabətin əks tərəfi də var. Sonuncu dəfə bir komandanın iki sürücüsünün titul uğrunda mübarizəsi 2007-ci ildə Həmilton və Alonso arasında olub, komandada atmosfer gərgin idi və sonda titulu Kimi Rəykkönen qazandı. Brawn GP sürücüləri bu gün mətbuat konfransında daha mehriban görünürdülər, bir-birlərini təbrik etdilər. Ross Braun da favoritizmdən uzaq olmağa çalışır, hər halda buna söz verir, ona görə də sürücülər arasında mübarizə ədalətli və təmiz olacaq. Həm də digər rəqiblərin pressinqi artıq zəifləyib – Rossun fikrincə, “öküzlər”in yalnız bircə güclü yarışı qalıb – Yaponiyanın Suzuka trasında…

Lakin qayıdaq Monsadakı hadisələrə. Bu günə yekun vurarkən müzakirə üçün üç faktoru qeyd etmək istərdim: strategiyaların qarşıdurmasını, Force İndia-nın sürətini və Lyuis Həmiltonun qəzasını.

Bu il qələbə taktikaları bir-birindən fərqlənmirdi, yalnız bir neçə dəfə Rubens və onun yarış mühəndisləri pit-stopların sayını gah azaldırdılar, gah artırırdılar, hamı isə elə standart sayda pit-stopu yerinə yetirirdi. Ona görə də İtaliyada bir pit-stoplu strategiyanın daha yaxşı olmasını görmək xoşdur, məhz bu strategiya beşinci yerdən start alan Rubensə qələbə bəxş etdi. Hərçənd, ilk üçlükdən başqa peletonda hamı bu strategiyanı seçsə də, Lyuis Həmiltonun göstərdiyi kimi, bu stratgeiya elə də böyük üstünlüyə malik deyildi. Əgər Brawn GP sürücülərinin yolunda kiçik bir maneə olsa idi, məsələn, KERS-li Heykki Kovalaynen (komanda ümid edirdi ki, finlandiyalı sürücü bütün peletonu qatar kimi arxasında ləngidəcək) və ya Fernando Alonso (ispan sürücünün KERS ümidləri elə startdaca puç oldu) kimi, onda Lyuisin qələbə şansları çox yüksək olardı. Ona görə hər şey realizasiyadan asılı idi: Barrikello və Batton isə bunun öhdəsindən əla gəldilər, onların yeganə pit-stopundan sonra sürücülərin ətrafında heç trafik yox də idi, hər şey elə uğurla planlaşdırılmışdı ki…

Lyuis sonuncu dövrəyə kimi hər şeyi ideal edirdi, amma komanda onun işini bir qədər yüngülləşdirə bilərdi. Məsələn, komanda dəqiq bilirdi ki, Brawn GP sürücüləri 30-cu dövrəyə yaxın pitə gedəcəklər, ona görə də birinci pitdə Lyuisin maşınına bir qədər çox yanacaq vurmaq lazım idi ki, daha yüngül maşınla o trasda çox qalsın. Rubens və Censon ağırlaşdıqdan sonra Lyuis trsda uçurdu və onları hər dövrədə bir saniyə üstələyirdi. Reallıqda onun cəmi dörd dövrəsi var idi və pitdən sonra onu liderlərdən cəmi 3.5 saniyə ayırdı. Və yaxud da bir gün əvvəl Lyuis daha çox yanacaq götürməli idi, şənbə günü britaniyalı sürücünün böyük fərqlə qazandığı poul statistiklərdən başqa kimə lazım idi?

Lyuisin strategiyasının uğurlu olmasını onu komanda yoldaşı ilə müqayisə etdikdə daha aydın görmək olar. Düzdür, burda daha bir faktoru nəzərə almaq lazımdır – təkərlər. Rubens və Censon da müxtəlif təkər tərkiblərində starta çıxmışdılar və onların maşınında bu fərq elə də aşkar seçilmirdi, amma Heykki üçün bərk təkərlərlə start ilk dövrələrdə uğursuzluğun əsası oldu. Qeyd edək ki, yarışda arxa cərgələrdən yumşaq təkərlərlə start alan sürücülər (Haydfeld, Fizikella, Nakacima) daha yaxşı nəticələr göstərdilər.

Force İndia ardıcıl ikinci uğurlu yarışından başqa, bir daha Ferrari-ni sıx izləməsi ilə yadda qaldı. İki həftə əvvəl Cankarlo Fizikellanın Kimini izləməsi kimi, bu gün Adrian Sutil finlandiyalı sürücünün maşınının arxa antiqanadının və diffuzorunun bütün detallarını öyrəndi. Vitantonio Liutsi də xoş təəssüratlar qoydu və yarışın əvvəlində Heykki Kovalayneni qabaqlamışdı. Əgər texniki problemlər olmasa idi, onun taktikası komanda yoldaşının arxasında olmağa imkan verirdi. Vicey Malya yarışdan razı qala bilər – iki həftə əvvəl onun komandası tarixdə ilk poulunu və ilk podimunu qazanmışdı, bu gün isə Adrian komandası üçün ilk sürətli dövrəyə imaz atıb. Təbii ki, növbəti Qran Prilərdə komandanın peletonun ortalarına qayıtması gözlənilir, amma konkret hansı yerə məlum deyil…

Nəhayət, son dövrədə Lyuisin qəzası mənə onun Kimi Rəykkönenə qarşı kəçənilki manevrlərini xatırlatdı, o zaman Lyuis özünə “əyləci basım, yoxsa şikananı kəsim” sualını vermişdi, bu dəfə isə sual belə qoyulmuşdu: “Üçüncü yer və podium qalsın, yoxsa hücum edim ikinci olum?” Həmilton həmişə eyni cavabı verir – sona qədər hücum etmək, hətta hər şeyi risk altına qoymaqla. Martin Uitmarş hesab edir ki, Lyuisin təbiəti belədir. Hərçənd, məncə, bu suallara birmənalı cavab yoxdur. Məsələn, Monsada sadəcə statistikaya baxmaq olardı ki, birinci sektor son saat yarım ərzində ən sürətli olsa belə, bu trasda ötmək mümkün deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*