F-1.az xəbər verir ki, yarışa 5-ci yerdən başlasa da, ilk döngələrdən liderliyi ələ alaraq finişədək mövqeyini qoruyan Lyuis Həmilton “Günün Sürücüsü” seçilib. Britaniyalı sürücü 3 həftə əvvəl Belçikada da bu ada layiq görülmüşdü.
Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
| Yarış | Günün Sürücüsü |
| Avstraliya Qran Prisi | Sebastyan Fettel |
| Çin Qran Prisi | Maks Ferstappen |
| Bəhreyn Qran Prisi | Sebastyan Fettel |
| Rusiya Qran Prisi | Valtteri Bottas |
| İspaniya Qran Prisi | Sebastyan Fettel |
| Monako Qran Prisi | Sebastyan Fettel |
| Kanada Qran Prisi | Sebastyan Fettel |
| Azərbaycan Qran Prisi | Ləns Stroll |
| Avstriya Qran Prisi | Valtteri Bottas |
| Britaniya Qran Prisi | Daniel Rikkardo |
| Macarıstan Qran Prisi | Kimi Rəykkönen |
| Belçika Qran Prisi | Lyuis Həmilton |
| İtaliya Qran Prisi | Daniel Rikkardo |
| Sinqapur Qran Prisi | Lyuis Həmilton |





