Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Çin Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xəbər vermişdi ki, italyan təkər təchizatçısı Şanxaya Medium, Soft və UltraSoft tərkibləri gətirəcək. Gözlənildiyi kimi, sürücülər həftəsonunun ən yumşaq tərkibinə üstünlük veriblər və Medium təkərlərdən 1-2 dəst seçiblər. Lakin Force İndia-nın sürücüləri və Şarl Leklerin 3 dəst Medium təkər dəsti sifariş etməsi maraqlıdır…
| Sürücü | Komanda | Medium | Soft | UltraSoft |
| Lyuis Həmilton | Mercedes AMG | 1 | 6 | 6 |
| Valtteri Bottas | Mercedes AMG | 2 | 5 | 6 |
| Sebastyen Fettel | Ferrari | 2 | 3 | 8 |
| Kimi Rəykkönen | Ferrari | 2 | 3 | 8 |
| Daniel Rikkardo | Red Bull | 2 | 4 | 7 |
| Maks Ferstappen | Red Bull | 2 | 4 | 7 |
| Serxio Peres | Force İndia | 3 | 4 | 6 |
| Esteban Okon | Force İndia | 3 | 4 | 6 |
| Ləns Stroll | Williams | 2 | 3 | 8 |
| Sergey Sirotkin | Williams | 1 | 4 | 8 |
| Karlos Sayns | Renault | 2 | 4 | 7 |
| Niko Hülkenberq | Renault | 2 | 4 | 7 |
| Pyer Qasli | Toro Rosso | 2 | 4 | 7 |
| Brendon Hartli | Toro Rosso | 1 | 5 | 7 |
| Roman Qrojan | Haas | 1 | 4 | 8 |
| Kevin Maqnussen | Haas | 2 | 3 | 8 |
| Fernando Alonso | McLaren | 1 | 4 | 8 |
| Stoffel Vandorn | McLaren | 1 | 4 | 8 |
| Markus Eriksson | Sauber | 2 | 4 | 7 |
| Şarl Lekler | Sauber | 3 | 3 | 7 |





