Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Azərbaycan Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, bu il italyanlar yumşaqlığına görə 5 fərqli quru hava təkərləri istehsal edəcəklər və onlar bütün yarışlarda yalnız ağ, sarı və qırmızı rənglərlə markalanacaqlar. Şanxayda isə sürücülərin ixtiyarında orta üçlük – C2, C3 və C4 tərkibləri olacaq.
Sürücülər ənənəvi olaraq, daha yumşaq təkərlərə üstünlük veriblər – düzdür, tərkiblərin dəst sayı nəinki komandalar arasında, eləcə də komanda yoldaşları arasında dəyişir. Ağ təkərdən yalnız Rikkardo, Rəykkönen, Kvyat və Rassel iki dəst sifariş veriblər, qalan sürücülər bir dəstlə kifayətləniblər…
AZƏRBAYCAN QRAN PRİSİ ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ






