F-1.az xəbər verir ki, Racingnews365 nəşri 2022-ci il üçün Formula1 sürücülərinin maaşlarını dərc edib. Əlbəttə ki, bütün rəqəmlər qeyri-rəsmidir, lakin onlar gəlir səviyyəsi haqqında ümumi fikir əldə etməyə imkan verir.
Çempionatın ən yüksək maaş alan sürücüsü 2022-ci ildə maaşı 40 milyon dollara düşən Lyuis Həmilton olaraq qalır. Son dünya çempionu Maks Ferstappen beş milyon az qazanıb, Fernando Alonso isə reytinqin üçüncü pilləsindədir – onun maaşı Həmiltonun maaşının yarısıdır.
2022-ci ildə FORMULA1 SÜRÜCÜLƏRİNİN MAAŞI
| Sürücü | Komanda | Maaş, milyon $ |
| Lyuis Həmilton | Mercedes | 40.00 |
| Maks Ferstappen | Red Bull | 35.00 |
| Fernando Alonso | Alpine | 20.00 |
| Sebastyan Fettel | Aston Martin | 15.00 |
| Daniel Rikkardo | McLaren | 15.00 |
| Lando Norris | McLaren | 15.00 |
| Şarl Lekler | Ferrari | 12.00 |
| Karlos Sayns | Ferrari | 10.00 |
| Ləns Stroll | Aston Martin | 10.00 |
| Valtteri Bottas | Alfa Romeo | 10.00 |
| Serxio Peres | Red Bull | 10.00 |
| Corc Rassell | Mercedes | 5.00 |
| Esteban Okon | Alpine | 5.00 |
| Pyer Qasli | AlphaTauri | 5.00 |
| Kevin Maqnussen | Haas | 5.00 |
| Aleks Əlbon | Williams | 2.00 |
| Mik Şumaxer | Haas | 1.00 |
| Quanyu Çjou | Alfa Romeo | 1.00 |
| Nikolas Latifi | Williams | 1.00 |
| Yuki Tsunoda | AlphaTauri | 0.75 |





