Avtoralli üzrə keçmiş dünya çempionu Ari Vatanen təsdiq edib ki, FİA prezidentliyinə oktyabr seçkilərində öz namizədliyini irəli sürmək niyyətindədir…
Ari Vatanen: “Bir çox FİA üzvü olan avtoklubların xahişini nəzərə alaraq mən oktyabr seçkilərində öz namizədliyimi irəli sürəcəm. Mən hesab edirəm ki, dəyişikliklər vaxtı yetişib. Mənim əsas vəzifəm – FİA daxilində mövqeləri birləşdirərək onun işini daha şəffaf etməkdir. Prezidentin vəzifəsi avtomobilsevərlərin maraqlarını müdafiə etməkdir.”
Xatırladaq ki, son 10 ildə Vatanen Finlandiyanı AvroParlamentdə təmsil edib…





