F-1.az bildirir ki, çempionat martın 21-də Melburnda start alacaq və dekabrın 5-də Əbu Dabidə başa çatacaq. Ümumilikdə, təqvimdə 23 mərhələ planlaşdırılıb, amma Vyetnamda yarışın keçiriləcəyi tarix – 25 aprel hələ də boş saxlanılıb.
Bakıda baş tutacaq Azərbaycan Qran Prisinin iyunun 6-da keçirilməsi planlaşdırılıb. Barselona və San Pauludakı yarışlar təqvimə əvvəlcədən daxil edilsələr də, müqavilənin şərtləri barədə razılığa ehtiyac var. Ancaq Səudiyyə Ərəbistanı Qran Prisinin debütü təsdiqlənib – yarış noyabrın 28-də keçiriləcək.
Təqvim hələ FİA-nın Ümumdünya Şurasının iclasında təsdiqlənməlidir, lakin bu, rəsmiyyətdən başqa bir şey deyil.
| Tarix | Qran Pri | Keçirilmə yeri |
| 21 mart | Avstraliya | Melburn |
| 28 mart | Bəhreyn | Saxir |
| 11 aprel | Çin | Şanxay |
| 25 aprel | Sonra elan olunacaq | Sonra elan olunacaq |
| 9 may* | İspaniya | Barselona |
| 23 may | Monako | Monako |
| 6 iyun | Azərbaycan | Bakı |
| 13 iyun | Kanada | Monreal |
| 27 iyun | Fransa | Le Kastelle |
| 4 iyul | Avstriya | Şpilberq |
| 18 iyul | Böyük Britaniya | Silverstoun |
| 1 avqust | Macarıstan | Budapeşt |
| 29 avqust | Belçika | Spa |
| 5 sentyabr | Niderland | Zandfort |
| 12 senyuabr | İtaliya | Montsa |
| 26 sentyabr | Rusiya | Soçi |
| 3 oktyabr | Sinqapur | Sinqapur |
| 10 oktyabr | Yaponiya | Suzuka |
| 24 oktyabr | ABŞ | Ostin |
| 31 oktyabr | Meksika | Mexiko |
| 14 noyabr* | Braziliya | San Paulu |
| 28 noyabr | Səudiyyə Ərəbistanı | Ciddə |
| 5 dekabr | Əbu Dabi | Yas Marina |
* – müqavilənin dəqiqləşdirilməsi tələb olunur





