Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Rusiya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar Soçi trasına ən yumşaq iki tərkiblə (UltraSoft və HyperSoft) birlikdə Soft tərkibini gətirəcəklər. Bu dəfə SuperSoft tərkibi buraxılıb və bu üçlük mövsümdə ilk dəfə son yarışda – Sinqapurda istifadə olunmuşdu.
Elə sürücülərin seçimi də Sinqapurdakı seçimi xatırladır – yenə Mercedes sürücüləri hamıdan az HyperSoft sifariş ediblər, amma bu dəfə 6 dəst deyil, 7 dəst bu tərkibdən alacaqlar.
Ferrari-də Fettel üçün tərkiblərin dəst sayı dəyişməz qalıb, amma Rəykkönendə bir HyperSoft dəstini Soft dəsti ilə əvəz ediblər – finlandiyalı sürücü məşqlərdə bu tərkibin işi barədə məlumat toplayacaq.
Ən çox HyperSoft tərkibindən isə Renault sürücüləri sifariş ediblər – Sayns və Hülkenberqin ixtiyarında 10 dəst ən yumşaq təkər olacaq…
Rusiya Qran Prisi üçün təkər seçimi
| Sürücü | Komanda | Soft | UltraSoft | HyperSoft |
| Lyuis Həmilton | Mercedes AMG | 2 | 4 | 7 |
| Valtteri Bottas | Mercedes AMG | 2 | 4 | 7 |
| Sebastyen Fettel | Ferrari | 1 | 3 | 9 |
| Kimi Rəykkönen | Ferrari | 2 | 3 | 8 |
| Daniel Rikkardo | Red Bull | 1 | 3 | 9 |
| Maks Ferstappen | Red Bull | 1 | 3 | 9 |
| Serxio Peres | Racing Point | 2 | 2 | 9 |
| Esteban Okon | Racing Point | 2 | 2 | 9 |
| Ləns Stroll | Williams | 1 | 4 | 8 |
| Sergey Sirotkin | Williams | 2 | 3 | 8 |
| Karlos Sayns | Renault | 1 | 2 | 10 |
| Niko Hülkenberq | Renault | 2 | 1 | 10 |
| Pyer Qasli | Toro Rosso | 1 | 4 | 8 |
| Brendon Hartli | Toro Rosso | 2 | 3 | 8 |
| Roman Qrojan | Haas | 1 | 3 | 9 |
| Kevin Maqnussen | Haas | 2 | 2 | 9 |
| Fernando Alonso | McLaren | 3 | 2 | 8 |
| Stoffel Vandorn | McLaren | 2 | 2 | 9 |
| Markus Eriksson | Sauber | 2 | 2 | 9 |
| Şarl Lekler | Sauber | 1 | 3 | 9 |





