Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Avstraliya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xəbər vermişdi ki, italyan təkər təchizatçısı Melburna Soft, SuperSoft və UltraSoft tərkibləri gətirəcək. Sürücülərin seçimləri çox rəngarəng olub. Mercedes və Ferrari sürücülərinin fərqli seçim etmələri daha çox nəzərə çarpıb.
| Sürücü | Komanda | Soft | SuperSoft | UltraSoft |
| Lyuis Həmilton | Mercedes AMG | 1 | 3 | 9 |
| Valtteri Bottas | Mercedes AMG | 2 | 2 | 9 |
| Sebastyen Fettel | Ferrari | 3 | 3 | 7 |
| Kimi Rəykkönen | Ferrari | 3 | 3 | 7 |
| Daniel Rikkardi | Red Bull | 2 | 3 | 8 |
| Maks Ferstappen | Red Bull | 2 | 3 | 8 |
| Serxio Peres | Force İndia | 2 | 3 | 8 |
| Esteban Okon | Force İndia | 2 | 3 | 8 |
| Ləns Stroll | Williams | 2 | 2 | 9 |
| Sergey Sirotkin | Williams | 1 | 3 | 9 |
| Karlos Sayns | Renault | 2 | 4 | 7 |
| Niko Hülkenberq | Renault | 2 | 4 | 7 |
| Brendon Hartli | Toro Rosso | 2 | 3 | 8 |
| Pyer Qasli | Toro Rosso | 2 | 3 | 8 |
| Roman Qrojan | Haas | 1 | 4 | 8 |
| Kevin Maqnussen | Haas | 2 | 3 | 8 |
| Fernando Alonso | McLaren | 2 | 2 | 9 |
| Stoffel Vandorn | McLaren | 2 | 2 | 9 |
| Markus Eriksson | Sauber | 2 | 3 | 8 |
| Şarl Lekler | Sauber | 3 | 2 | 8 |





