F-1.az bildirir ki, Bakıdakı yarışın qalibi Maks Ferstappenin Monrealda da zəfər əldə edəcəyinə daha çox inanılır. Onun şansları Leklerdən 2 dəfəyə yaxın çox qiymətləndirilir. Eyni zamanda Serxio Peresin də Kanadada mövsümdəki növbəti qələbəsini qazanacağı istisna edilmir.
| Kanada Qran Prisində qələbə | Əmsal |
| Maks Ferstappen | 2.80 |
| Şarl Lekler | 4.00 |
| Serxio Peres | 4.33 |
| Karlos Sayns | 17.00 |
| Corc Rassell, Lyuis Həmilton | 34.00 |
| Lando Norris | 101.00 |
Ferstappen nüfuzlu kontorun saytında çempionluğa namizədlər siyahısında da inamla liderlik edir. Lekler çempionatda üçüncü olsa da, titul uğrunda mübarizədə niderlandlının əsas rəqibi hesab olunur – onun şansları çempionatın ikincisi Peresdən 3.5 dəfə çox dəyərləndirilib…
| Çempionatda qələbə (sürücülər) | Əmsal |
| Maks Ferstappen | 1.36 |
| Şarl Lekler | 3.50 |
| Serxio Peres | 13.00 |
| Corc Rassell | 51.00 |
| Lyuis Həmilton | 67.00 |
| Karlos Sayns | 81.00 |
İdarənin əməkdaşları Ferrari-nin xal ala bilmədiyi Bakı yarışında dubl edərək fərqi xeyli artıran Red Bullun uzun zamandan sonra Mühəndislər Kubokunun qalibi olacağına şübhə etmirlər…
| Çempionatda qələbə (komandalar) | Əmsal |
| Red Bull | 1.33 |
| Scuderia Ferrari | 3.50 |
| Mercedes AMG | 34.00 |





