F-1.az xəbər verir ki, Xorxe Lorenso bütün yarış boyu özünə rəqib tanımayıb. İspaniyalı sürücü poulun üstünlüyünü uğurla reallaşdıraraq finişədək liderliyini qoruyub saxlayıb.
Yarışın əvvəlində lideri Ducati sürücüləri haqlamağa çalışıblar. Amma əvvəlcə ikinci olan Andrea Yannone yıxılıb, bir qədər sonra isə onun komanda yoldaşı və adaşı Dovitsiozo. Maraqlıdır ki, Dovinin arxasında eyni döngədə Mark Markes də yıxılıb.
Qeyd etmək lazımdır ki, bu cütlüyü yıxılmamışdan əvvəl Valentino Rossi keçib. Amma Doktor komanda yoldaşının tempində yarışı davam etdirə bilməyib və finişdə onları 10 saniyə ayırıb.
Markes yıxıldıqdan sonra yarışa qayıda bilib, amma damalı bayrağı 13-cü görüb və çempionatda liderliyi Lorensonya təhvil verib.
Yamaha sürücülərinin arxasında finiş xəttini Maverik Vinyales keçib – ispaniyalı sürücü premyer liqada ilk podiumunu qazanıb. İlk altılığı tamamlayan Esparqaro qardaşlarını qabaqlayan Dani Pedros finişdə dördüncü olub.
Dünya çempionatının növbəti mərhələsi mayın 22-də Mucelloda keçiriləcək…
Yer | Sürücü | Komanda | Motosiklet | Zaman/Fərq | Dövrə |
1 | ![]() |
Movistar Yamaha MotoGP | Yamaha YZR-M1 | 43:51.290 | 28 |
2 | ![]() |
Movistar Yamaha MotoGP | Yamaha YZR-M1 | + 0:10.654 | 28 |
3 | ![]() |
Team Suzuki ECSTAR | Suzuki GSX-RR | + 0:14.177 | 28 |
4 | ![]() |
Repsol Honda Team | Honda RC213V | + 0:18.719 | 28 |
5 | ![]() |
Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | + 0:24.931 | 28 |
6 | ![]() |
Team Suzuki ECSTAR | Suzuki GSX-RR | + 0:32.921 | 28 |
7 | ![]() |
Octo Pramac Yakhnich | Ducati Desmosedici GP15 | + 0:38.251 | 28 |
8 | ![]() |
Avintia Racing | Ducati Desmosedici GP14 | + 0:38.504 | 28 |
9 | ![]() |
Aprilia Racing Team Gresini | Aprilia RS-GP | + 0:48.536 | 28 |
10 | ![]() |
Aprilia Racing Team Gresini | Aprilia RS-GP | + 0:54.502 | 28 |
11 | ![]() |
Aspar Team MotoGP | Ducati Desmosedici GP14 | + 1:02.677 | 28 |
12 | ![]() |
Avintia Racing | Ducati Desmosedici GP14 | + 1:07.658 | 28 |
13 | ![]() |
Repsol Honda Team | Honda RC213V | + 1 dövrə | 27 |
– | ![]() |
Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | – | 19 |
– | ![]() |
Estrella Galicia 0.0 Marc VDS | Honda RC213V | – | 17 |
– | ![]() |
Ducati Team | Ducati Desmosedici GP16 | – | 15 |
– | ![]() |
Ducati Team | Ducati Desmosedici GP16 | – | 11 |
– | ![]() |
Estrella Galicia 0.0 Marc VDS | Honda RC213V | – | 7 |
– | ![]() |
LCR Honda | Honda RC213V | – | 6 |
– | ![]() |
Aspar Team MotoGP | Ducati Desmosedici GP14 | – | 6 |
– | ![]() |
Octo Pramac Yakhnich | Ducati Desmosedici GP15 | – | 5 |