FİA Renault-nu Ümumdünya Şurasına çağırıb

FİA-nın mətbuat xidməti Renault komandasının beynəlxalq idman kodeksinin 151c maddəsini pozmaqda şübhələndiyi üçün komandanı Ümumdünya Şurasının növbədənkənar iclasına çağırıb. Sentyabrın […]

FİA-nın mətbuat xidməti Renault komandasının beynəlxalq idman kodeksinin 151c maddəsini pozmaqda şübhələndiyi üçün komandanı Ümumdünya Şurasının növbədənkənar iclasına çağırıb. Sentyabrın 21-də Renault-nun nümayəndələri keçənilki Sinqapur yarışındakı insident barədə izahat verəcəklər. Komanda “Nelsinyo Pikenin qəzasının planlaşdırılmasında, bununla trasa Təhlükəsizlik Maşının çıxması sayəsində komandanın digər sürücüsü – Fernando Alonsonun üstünlük qazanmasında” ittiham olunur…

FİA-nın insident barədə əldə etdiyi yeni məlumatlar Ümumdüyna Şurasının iclasını çağırmaq üçün kifayət edib.

Spa yarışının finişindən sonra FİA-nın əməkdaşları Fernando Alonso və komanda rəhbərliyini dindiriblər, keçən ilin Sinqapur yarışında komandanın sürücülərlə radio danışıqlarının yazısı müsadirə olunub.

Renault-nun nümayəndələri şərh verməkdən çəkiniblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*