F-1.az xəbər verir ki, Fettelin mövsümün ilk iki yarışında qələbə qazanmasına baxmayaraq, favorit yenə də Həmilton hesab olunur. Bu ikilidən başqa, yerdə qalan sürücülərin qələbə şansları xeyli az qiymətləndirilir.
| Çin Qran Prisində qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 2.00 |
| Sebastyan Fettel | 3.25 |
| Valtteri Bottas | 11.00 |
| Maks Ferstappen, Daniel Rikkardo | 12.00 |
| Kimi Rəykkönen | 13.00 |
| Fernando Alonso | 201.00 |
Bukmeykerlər Fettelin 17 xallıq üstünlüyünü mövsümün sonuna qədər əlində saxlaya biləcəyini düşünmürlər. Onların fikrincə, beşqat dünya çempionu məhz Həmilton olacaq.
| Çempionatda qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.67 |
| Sebastyan Fettel | 2.87 |
| Valtteri Bottas | 19.00 |
| Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen | 34.00 |
Bukmeykerlərin Mühəndislər Kuboku üçün proqnozu barədə isə danışmağa ehtiyac yoxdur…
| Çempionatda qələbə (komandalar) | |
| Mercedes AMG | 1.44 |
| Ferrari | 3.25 |
| Red Bull | 10.00 |
| McLaren | 501.00 |
| Renault, Haas, Force İndia, Toro Rosso | 1001.00 |
| Williams, Sauber | 2001.00 |





