F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər yenə də Lyuis Həmiltonu ölkəmizdəki ilk yarışın favoriti hesab edirlər. Onun komanda yoldaşı Niko Rosberqin şansları təxminən iki dəfə az dəyərləndirilib, 3-cü yeri isə son yarışdakı inamlı çıxışından sonra Ferrari-nin sürücüsü Sebastyan Fettel özünə geri qaytara bilib…
| Avropa Qran Prisində qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 2.00 |
| Niko Rosberq | 3.50 |
| Sebastyan Fettel | 6.00 |
| Daniel Rikkardo | 13.00 |
| Maks Ferstappen | 15.00 |
| Kimi Rəykkönen | 26.00 |
| Valtteri Bottas | 67.00 |
| Felipe Massa | 101.00 |
| Serxio Peres, Niko Hülkenberq | 151.00 |
| Karlos Sayns | 251.00 |
| Daniil Kvyat | 301.00 |
| Censon Batton, Fernando Alonso | 501.00 |
| Roman Qrojan | 1001.00 |
Mövsümdə ilk dəfə bukmeykerlər titulun sahibi barədə fikirlərini dəyişiblər – ardıcıl iki qələbə Lyuis Həmiltonu mövsümün favoritinə çevirib. Niko 3 qat dünya çempionuna artıq xeyli uduzur. Rikkardo və Fettelin çempionluq şansları bərabərdir…
| Dünya çempionatında qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.53 |
| Niko Rosberq | 3.00 |
| Sebastyan Fettel, Daniel Rikkardo | 26.00 |
| Maks Ferstappen | 51.00 |
| Kimi Rəykkönen | 201.00 |
Mühəndislər Kubokunda vəziyyət demək olar ki, dəyişməyib – almanlar qələbəyə real namizəddirlər, Red Bull və Ferrari komandalarının şansları bərabər olsa da, onlar almanlara xeyli uduzurlar…
| Dünya çempionatında qələbə (komandalar) | |
| Mercedes AMG | 1.02 |
| Ferrari, Red Bull | 21.00 |





