F-1.az bildirir ki, qış testlərindəki çıxışlar nəzərə alındıqda, kontorun proqnozları gözlənilən idi. Bukmeykerlər təbii olaraq, son 3 ilin çempionu Həmiltonun şanslarını ən yüksək qiymətləndiriblər. Onun komanda yoldaşı Bottasla Red Bull-un sürücüsü Ferstappenin qələbəyə eyni dərəcədə yaxın olacaqlarını düşünürlər. İlk yarış üçün Leklerə Fetteldən daha çox güvənirlər…
| Avstraliya Qran Prisində qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 2.10 |
| Valtteri Bottas, Maks Ferstappen | 4.50 |
| Şarl Lekler | 5.50 |
| Sebastyan Fettel | 7.00 |
| Aleksander Elbon | 51.00 |
Lyuis həm də titulun əsas favoriti hesab olunur. Kontorun əməkdaşlarının fikrincə, onun ən yaxın rəqibi Maks olacaq. Fettelin isə titul uğrunda mübarizədə hətta Bottas və Leklerdən də geri qalacağı proqnozlaşdırılır…
| Çempionatda qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.57 |
| Maks Ferstappen | 6.00 |
| Şarl Lekler | 6.50 |
| Valtteri Bottas | 9.00 |
| Sebastyan Fettel | 11.00 |
| Aleksander Elbon | 101.00 |
Mühəndislər Kubokunun qalibinin kim olacağı ilə bağlı proqnozlar uzun illərdir dəyişmir və hər zaman özünü doğruldub. Ferrari və Red Bull-un şansları hələ ki, eyni qiymətləndirilib…
| Çempionatda qələbə (komandalar) | |
| Mercedes AMG | 1.28 |
| Ferrari, Red Bull | 5.50 |
| McLaren, Renault | 251.00 |
| Racing Point | 301.00 |
| Alfa Romeo, AlphaTauri | 501.00 |
| Haas, Williams | 1001.00 |





